Rusiya Prezidenti Vladimir Putin geniş illik mətbuat konfransını keçirməyi planlaşdırır, lakin tədbirin tarixi hələ müəyyən edilməyib.
EDNews.net Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O qeyd edib ki, prezident süni intellekt və məlumatların təhlilindən bəhs edən "AI Journey 2021" konfransında iştirak etməyi planlaşdırır:
"Sberbank tərəfindən təşkil edilən bu beynəlxalq konfrans 10-12 noyabr keçiriləcək", - deyə Peskov vurğulayıb.
Bildirək ki, Kremlin sözçüsü bu ilin dekabrında Putinin Hindistana səfəri ilə bağlı dəqiq heç nə deyə bilməyib:
"Bu barədə heç nə deyə bilməyəcəyəm. Bütün səfərlər vaxtında elan edilir", - Peskov bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Hindistanın Moskvadakı səfiri Bala Venkateş Varma TASS-a müsahibəsində Putinlə Hindistanın Baş naziri Narendra Modi arasında görüşün 2021-ci ilin dekabrına planlaşdırıldığını açıqlayıb.