Polşa Belarusla sərhədə on iki minlik ordu göndərdi

Polşa Belarusla sərhədə on iki minlik ordu göndərdi backend

Polşa Belarusla dövlət sərhədinə on iki min hərbçidən ibarət qoşun göndərib.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir Mariuş Blaşak bəyan edib ki, ordu tam hərbi hazırlıq vəziyyətindədir.

Qeyd edək ki, noyabrın 8-dən bəri dörd minnədək belaruslu qanunsuz miqrant bu ölkənin Polşa ilə sərhədinə toplaşaraq ərazidə çadır şəhərciyi qurub. Yüzlərlə miqrant isə daha aqressiv davranaraq sərhəd istehkamlarını dağıdıb və Polşa ərazisinə keçməyə çalışıb. 

Ötən gecə ərzində Polşa hərbçiləri 309 sərhəd pozuntusu cəhdi qeydə alıb. (oxu.az)

Mənbə: “Korrespondent”

loading...
Diaspora