İŞİD Suriyada 230 müsəlman və xristianı girov götürdü

İŞİD Suriyada 230 müsəlman və xristianı girov götürdü backend

Suriyanın ən tolerant bölgəsi hesab edilən Əl-Qaryateynin İŞİD-in əlinə keçməsindən sonra şəhərdən 230 dinc sakin naməlum istiqamətdə qaçırılıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Əl-Qaryateyndə sünni müsəlmanlarla bərabər xristian katoliklər və pravoslavlar da yaşayıb. Girov aparılanların arasında hər üç təriqətin nümayəndələri var.

3 gün öncə şəhəri ələ keçirən İŞİD həmin gün daha 170 sünnini və 60 xristianı qaçırıb. Onlar Əsəd hakimiyyəti ilə əlaqədə təqsirləndiriliblər.
Xatırladaq ki, Əl-Qaryateyn Suriyada ən strateji nöqtələrdən biri hesab edilir. Terrorçular bu bölgədən rahatlıqla Livan sərhədlərinə çıxa bilərlər. Bundan əlavə onların bölgədəki magistrallardan istifadə etməklə öz döyüşçülərini çox asan şəkildə ölkənin cənub-qərbində yerləşdirmək imkanları yaranıb.

Qeyd edək ki, şəhərin işğalına qədər Əl-Qaryateyndə 2 min xristian yaşayıb. Hazırda isə bu sayın 180-ə düşdüyü bildirilir.
Diaspora