Kurilsk şəhərinin şərqində 5,2 bal gücündə zəlzələ baş verib

Kurilsk şəhərinin şərqində 5,2 bal gücündə zəlzələ baş verib backend

Avqustun 8-də Kurilsk şəhərinin şərqində 252 kilometr məsafədə, Sakit okean akvatoriyasında 5,2 bal gücündə zəlzələ olub.



AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar şəhərin ərazisində hiss olunmayıb, sunami təhlükəsi yoxdur.