Avtomobilləri pivə tərkibli qazla doldurmaq mümkün olacaq

Avtomobilləri pivə tərkibli qazla doldurmaq mümkün olacaq backend

Yeni Zelandiyanın bəzi küçələrində artıq avtomobillər təkrar pivə tullantılarından hazırlanan yeni bioyanacaqla hərəkət edir. Pivə istehsal edən şirkətin verdiyi məlumata görə, fermentasiya zamanı duru məhlul olan tullantılar yaranır. Məhz onun sayəsində şirkət bioyanacağın əsas tərkib hissəsini - etanol maddəsini istehsal edir.



Alimlərin səyi nəticəsində etanol distillə olunaraq neftlə reaksiyaya girə bilənədək saflaşdırılır və nəticədə Bretrolum bioyanacağı alınır.

Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildiriblər ki, pivədən etanolun alınması ilk hadisə deyil. Belə ki, 1996-cı ildə Molson Kors pivə əsaslı bioyanacaq nümayiş etdirib. Onun təklif etdiyi bioyanacaqla müqayisədə şirkət tərəfindən hazırlanan Bretrolum daha keyfiyyətlidir və geniş avtomobil sahəsinə tətbiq edilə bilər. Bir çox avtomobillər mühərrikdə çətinliklər yaratdığına görə tərkibi yüksək faizli etanoldan ibarət benzinlə hərəkət edə bilmir. Şirkət bu yolla nəinki pivə istehsalındakı tullantılardan azad olmaq, eləcə də avtomobillər üçün təmiz yanacaq istehsal etməklə ekologiyanı zəhərli qazlarla çirklənməkdən qorumaq niyyətindədir.
Diaspora