Ermənistanda vəziyyət daha da kəskinləşib və gərginləşib. Buna səbəb ölkənin təbii qazsız qalmasıdır.
Fevralın 12-də yerli vaxtla saat 13:30-da "Şimali Qafqaz - Cənubi Qafqaz" magistral qaz kəmərinin Kazbek rayonu ərazisində sürüşmə nəticəsində zədələnib. Təbii qazın çatdırılması üçün təmir işləri aparılır."Ermənistanın Qaz Sənayesi" şirkəti əhalini sakitləşdirməyə və narahat olmamağa çağıraarq bildirib ki, qazın çatdırılması tezliklə həll olunacaq və ictimaiyyətə əlavə məlumat veriləcək. Qazın verilişininin dayandırılması ölkənin qaz istehlakı bazarında dəyişikliklərə gətirib çıxarmayacaq.
Ekspertlər isə düşünürlər ki, bu, magistral boru kəmərinin zədələnməsi ilə bağlı deyil, sadəcə Rusiyanın İrəvana təzyiq vasitəsidir. Çünki son vaxtlar Ermənistan daxilində Rusiyaya qarşı etiraz dalğası böyüyüb və Moskva bunu yaxşı anlayır.