ABŞ-ın hava nəqliyyatı şirkəti “American Airline”in kompyuter sistemi hakerlərin hücumuna məruz qalıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, eyni hakerlər iyun ayında ABŞ hökuməti əməkdaşlarının şəxsi hesablarını oğurlayıblar.
ABŞ hökuməti məsələyə rəsmi münasibət bildirməyib.