Türkiyənin Ağrı vilayətində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verib

Türkiyənin Ağrı vilayətində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verib backend

Türkiyənin Ağrı vilayətinin Doğubəyazit rayonunda təhlükəsizlik qüvvələri ilə terrorçular arasında silahlı atışma baş verib.



AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Ağrı valiliyinin açıqlamasında yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 13:30) terrorçuların yolu kəsərək nəqliyyat vasitələrini saxlatdıqları və yandırdıqları bildirilib. Bununla əlaqədar əraziyə xüsusi təyinatlı qüvvələr göndərilib. Hadisə yerinə gələn hərbi qulluqçularla terrorçular arasında baş verən silahlı atışma nəticəsində bir hərbiçi həlak olub. Bundan başqa, yoldakı nəqliyyat vasitələrindən birinin sərnişinləri olan İran vətəndaşlarından biri öldürülüb, üçü isə yaralanıb.

Hazırda terrorçuların yaxalanması üçün təhlükəsizlik qüvvələri tərəfindən geniş əməliyyat tədbirləri həyata keçirilir.
Diaspora