Çində internet polisi yaradılır

Çində internet polisi yaradılır backend

Çində internet polisinin yaradılması planlaşdırılır. İKT.lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu polis bölmələri iri internet şirkətlərinin saytlarında kibertəhlükəsizlik məsələləri ilə məşğul olacaq.



Çinin daxili işlər nazirinin müavini Çen Çjiminin sözlərinə görə, bu polislər onlayn təhlükəsizliyinin təmin olunması və internet tənzimləyiciləri ilə sıx əməkdaşlığın yaradılmasında aparıcı rolu öz üzərinə götürəcəklər.

Yer gəlmişkən, ötən ay Çin Xalq Respublikasında kibertəhlükəsizliklə bağlı yeni qanun qəbul edilib. Bu qanun internetdə məlumatların yayılması ilə bağlı nəzarətin gücləndirilməsini nəzərdə tutur.
Diaspora