“Hərbi müdaxilə olsa, ordumuz cavab verəcək” - Amerikalı general

“Hərbi müdaxilə olsa, ordumuz cavab verəcək” -  Amerikalı general backend

ABŞ silahlı qüvvələrinin baş qərargah rəisi, general Mark Milli Amerika ordusunun Tayvanı Çinin mümkün hücumlarından mütləq müdafiə edə biləcəyini deyib.

 

Amerikalı general Çin və Tayvan arasındakı gərginliyə diqqət çəkib.

 

Milli bildirib ki, o, Çinin yaxın iki il ərzində Tayvana nəzarəti ələ keçirməyə cəhd edəcəyini gözləmir, amma bu baş verərsə, ABŞ ordusunun adanı qorumaq gücü var.

 

Çinin adaya nəzarəti ələ almağa çalışacağı təqdirdə müdaxilə qərarının Ağ Evdən asılı olacağını söyləyən amerikalı general Pekinin bu addımı gündəminə gətirəcəyi təqdirdə planların hazır olacağını vurğulayıb.

 

Milli Çinin son hipersəs raket sınağına da toxunub, bunun dünya müharibələrindən bəri ən ciddi qlobal güc dəyişikliklərindən biri olduğunu söyləyib.

 

O, Çinin oktyabrın 28-də hipersəs raket sistemi sınağının ciddi gəlişmə olduğunu vurğulayıb və bunu “narahatedici” adlandırıb.(Teleqraf.com)

Diaspora