Braziliyalı jurnalist canlı yayımda öldürülüb. Lent.az-ın Xarici KİV-rə istinadən məlumatına görə, Braziliya siyasətçilərinin rüşvət qalmaqalı ilə bağlı verilişin aparıcısı Gleydson Carvalho canlı yayımda iki nəfər silahlı tərəfindən öldürülüb.
Silahlılar cinayəti törətdikdən sonra hadisə yerindən qaça bilib.
Cinayətin baş verdiyi Camacim bölgəsində xalq küçələrə çıxaraq, qatillərin tapılmasını tələb edib.
Qeyd edək ki, Gleydson Carvalhonun siyasətçilərin rüşvət qalmaqalı ilə bağlı çoxlu sayda araşdırmaların müəllifidir. Dəfələrlə sosial şəbəkələrdə jurnalistə ölüm təhdidi edilib.