ABŞ-ın Kolorado ştatında taun xəstəliyindən ölüm halı qeydə alınıb. Bu barədə “CNN” telekanalı məlumat verib.
AZƏRTAC ecoportal.ru saytına istinadla xəbər verir ki, ölən adamın həşərat sancmasından, yaxud başqa gəmiricilərin cəsədlərindən bu xəstəliyə yoluxması güman olunur. Taunun qurbanı barədə heç bir açıqlama verilmir.
Reportajda bildirilir ki, ştatda bu ilin əvvəllərində də taundan ölüm hadisəsi baş verib. Ötən il isə Koloradoda bu xəstəlikdən səkkiz ölüm halı qeydə alınıb.
ABŞ-ın Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə hər il taun xəstəliyinə təxminən yeddi yoluxma halı müəyyən edilir. Lakin müasir antibiotiklərin köməyi ilə bu xəstəlik müalicəyə tabe olur, halbuki bir əsr bundan əvvəl milyonlarla insan taunun qurbanı olurdu.