Çində koronavirus yenidən artmağa başladı

Çində koronavirus yenidən artmağa başladı backend

Koronavirusun ilk ortaya çıxdığı Çində yoluxma sayı yenidən artmağa başlayıb.  

Xəstəliyin yayılmasının qarşısını almaq üçün səlahiyyətlilər tədbirləri sərtləşdirib.

 

“Disneyland”ə əylənməyə gedən 34 min insanın eyni anda testdən keçməsi təəccüb yaradıb. 220 xüsusi avtobusla evlərinə yola salınan insanların hamısının testi neqativ çıxıb. Ancaq onlardan yenə də iki gün evdə qalmaları istənib.

Eyni zamanda, Çinin şərqindəki Jianqxi əyalətində bir nəfərdə virus aşkar edildikdən sonra bütün işıqforlarda qırmızı işıq yanıb. Yerli səlahiyyətlilərin sözlərinə görə, bu tədbir hərəkətliliyi azaltmaq məqsədi daşıyır.

Mənbə: Sondakika.com

Diaspora