Yaponiyanın dünyada rolu barədə hesabat hazırlanıb

Yaponiyanın dünyada rolu barədə hesabat hazırlanıb backend

Baş nazir Şinzo Abenin məsləhətçilər qrupu Yaponiyanın dünyada rolu barədə hesabat hazırlayıb.



Hesabatda qeyd edilir ki, sülhpərvər dövlət kimi beynəlxalq aləmə müvafiq töhfələr verən Yaponiya düşüncəsizlik ucbatından qoşulduğu müharibəyə görə dərin təəssüf hissi keçirir. Baş nazir bu hesabatla tanış olaraq II Dünya müharibəsinin başa çatmasının 70-ci ildönümü ilə əlaqədar bəyanat verəcək.

Yaponiya cəmiyyətinin müxtəlif üzvləri – alimlər, işgüzar dairələrin liderləri və jurnalistlər artıq uzun müddətdir ki, ölkənin XX əsrdən hansı dərsləri alması və XXI əsrdə onlardan necə istifadə etməsi barədə müzakirələr aparırlar.

Onlar bildirirlər ki, Yaponiya I Dünya müharibəsindən sonra xalqların öz müqəddəratını təyin etməsi, demokratiya və müharibənin qeyri-qanuni elan edilməsi tendensiyasından uzaqlaşaraq 1930-cu illərin əvvəllərində qitədə təcavüzkar siyasət yürüdüb.

Sənəddə qeyd edilir ki, Yaponiya qlobal tendensiyaları görmək qabiliyyətini itirərək düşüncəsiz müharibə yolu ilə müxtəlif ölkələrə, əsasən də Asiya xalqlarına çoxlu əzablar yetirib.

Mütəxəssislər bəyan edirlər ki, müstəmləkə idarəçiliyi xüsusən 1930-cu illərin ikinci yarısında daha da güclənib. Onlar 1930-cu illərdə və sonrakı dövrdə regionda baş verən hadisələrdə Yaponiya hökumətinin və hərbi liderlərin məsuliyyətinin çox böyük olduğunu bildirirlər.

Məsləhətçilər Asiyanın azadlıq uğrunda mübarizəsinin Yaponiyanın özünün milli siyasəti hesab etməsi fikrinin də yanlış olduğunu qeyd edirlər.

Hesabatda vurğulanır ki, müharibəyə görə dərin təəssüf hissi keçirən Yaponiya XX əsrin ikinci yarısında sanki yenidən doğularaq əsrin birinci yarısında olandan köklü şəkildə fərqlənir.
Diaspora