Üç ərəb ölkəsi Livan səfirini qovdu

Üç ərəb ölkəsi Livan səfirini qovdu backend

"Livan hakimiyyəti körfəzdəki ərəb ölkələri və Səudiyyə Ərəbistanı ilə yaranmış münaqişəni diplomatik yolla həll etməyə çalışır". 

“RİA Novosti” xəbər verir ki, bunu Livanın xarici işlər naziri Abdullah Buhabib bildirib. 

O, Xarici İşlər Nazirliyinin təcili iclasından sonra jurnalistlərə açıqlamasında Livanın ərəb dünyası və Səudiyyə Ərəbistanı qarşısında öhdəliyinə sadiq qaldığını xatırladıb: "Yaranmış münaqişəni həll edəcəyimizə ümidvarıq. Münaqişənin həllinə yardım etmək üçün ABŞ-dan da nümayəndə dəvət edilmişdi".

Xatırladaq ki, oktyabrın 29-da Səudiyyə Ərəbistanı Livanın Ər-Riyaddakı səfiri Fevzi Kabbaranı “persona-non qrata” (“arzuedilməz şəxs”) elan edib.

Bildirilib ki, krallıq Fevzi Kabbaranıya ölkəni tərk etmək üçün 48 saat möhlət verib. Səudiyyə Ərəbistan Beyrutdakı səfiri Vəlid bin Abdullah əl-Buxarini məsləhətləşmələr üçün geri çağrıb.

Livanın informasiya naziri George Kardahinin “Yəməndəki müharibəyə səbəb Səudiyyənin hücumudur” deməsi iki ölkə arasında diplomatik gərginliyə səbəb olub.

Livanın Baş naziri Nəcib Mikati isə deyib ki, ölkəsinin Səudiyyə Ərəbistanı ilə çox yaxşı münasibətləri var. Hökumət başçısının bəyanatına rəsmi Ər-Riyada hələlik şərh etməyib.

Xatırladaq ki, Küveyt və Bəhreyn Xarici İşlər nazirlikləri də George Kardahinin çıxışına etiraz olaraq Livan səfirini “arzuedilməz şəxs" elan edərək ona ölkələrini tərk etmək üçün 48 saat möhlət verib.

loading...
Diaspora