İŞİD çadra fabriki açıb

İŞİD çadra fabriki açıb backend

İŞİD terrorçularının daha bir istehsal müəssisəsinin fotoları yayılıb.

Şəkillərdə fabrikin çadra istehsal etdiyi görünür. Məlumatlarda bildirilib ki, İŞİD terror qruplaşmasının nəzarətində olan fabrik İŞİD-in "Ninova əyaləti" adlandırdığı bölgədə yerləşir. Şəkillərdə qadınların tikişlə məşğul olurlar, uşaqlar isə ortalıqda oynayırlar.

"Daily Mail"in verdiyi məlumata görə, şəkilləri “Ninova məlumat bürosu” adlı qrup paylaşıb. Həmin qrup əvvəllər də İŞİD-in edam şəkillərini yayırdı.

Xatırladaq ki, özünü İraq Şam İslam Dövləti adlandıran İŞİD terror təşkilatı Suriya və İraqın bir hissəsini ələ keçirib və həmin ərazidə öz xilafətini yaratdığını iddia edir. İslamla heç bir əlaqəsi olmayan və dünyanın müxtəlif ölkələrindən Suriyaya gedən insanlardan ibarət terrorçular insanları kütləvi şəkildə və xüsusi amansızlıqla qətlə yetirir, kütləvi edamlar təşkil edirlər.
Diaspora