G20 sammitində koronavirusa yoluxma halı olub

G20 sammitində koronavirusa yoluxma halı olub backend

İtaliya paytaxtı Romada keçirilən “Böyük iyirmilik” (G20) sammitində ilk dəfə koronavirusa yoluxma halı aşkarlanıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə İtaliyanın paytaxtı Romanın Latsio vilayətinin səhiyyə naziri Alessio Damato bildirib.

Onun sözlərinə görə, ilk yoluxma halı jurnalistdə qeydə alınıb. Britaniyalı qadın jurnalist sammitdə belə hallar üçün qurulmuş COVID-19 hotelinə yerləşdirilib.

Qeyd edək ki, ikigünlük sammiti işıqlandıran jurnalistlər tədbirə gəlməzdən 48 saat əvvəl akkreditasiya məntəqəsində testdən keçməklə və ya mənfi test nəticəsi göstərməklə yoluxmadıqlarını sübut etməlidirlər. Xarici jurnalistlər İtaliyaya gəlməzdən iki gün əvvəl COVID-19 testindən keçməlidirlər. Bütün hallarda peyvəndlənmə və ya infeksiyadan mümkün sağalma nəzərə alınmır.

Diaspora