Türkiyədən Çinə sərt reaksiya: “Sizdən öyrənəsi deyilik”

Türkiyədən Çinə sərt reaksiya:  “Sizdən öyrənəsi deyilik” backend

Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Feridun Sinirlioğlu Türkiyəni “Suriyada insan haqları qanunlarına əməl etməyə” çağıran Çinin BMT-dəki daimi nümayəndəsinin müavininə sərt reksiya verib.

Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq BMT Təhlükəsizlik Şurasının Suriya sessiyasında Türkiyəni Fəratda suyun səviyyəsinin azalmasına və “Allouk” su obyektində kəsintilərə görə məsul sayıb və Suriyanın şimal-şərqini işğal etməkdə günahlandıraraq Türkiyəni beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb.

Sinirlioğlu isə öz növbəsində bildirib ki, “Beynəlxalq insan haqqlarını və humanitar hüquq qanunlarını pozanlardan dərs alması deyilik”.

“Allouk” su obyektindəki problemlərin səbəbinin BMT baş katibinin hesabatında yer aldığını xatırladan Sinirlioğlu vurğulayıb ki, terror təşkilatı PKK/YPG bu məsələdən öz gündəmləri üçün istifadə edirlər.

PKK/YPG-nin sahədə sabitliyi pozan, mülki şəxslərə və Türkiyəyə hücum edən əsas faktor olduğunu bildirən Sinirlioğlu iki həftə əvvəl Afrində törədilən bombalı hücum nəticəsində 6 mülki vətəndaşın həyatını itirdiyini bildirib.

O vurğulayıb ki, PKK/YPG terror təşkilatı suriyalı yezidilərin və suriyalı kürdlərin də evlərinə qayıtmasının qarşısını alıb. (oxu.az)

Mənbə: TRT Haber

Diaspora