Çində 3 yaşından yuxarı uşaqlar koronavirusa qarşı peyvənd olunacaq

Çində 3 yaşından yuxarı uşaqlar koronavirusa qarşı peyvənd olunacaq backend

Pekin həkimləri 3 yaşdan 11 yaşa qədər olan uşaqları koronavirusa qarşı peyvənd etməyə başlayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, artıq COVID-19-a yoluxmuş uşaqlar xəstəlikdən altı ay sonra peyvənd oluna bilərlər.

İndiyədək Çin rəsmiləri üç yaşdan 17 yaşa qədər uşaqlar üçün 3 peyvəndin təcili istifadəsini təsdiqləyib: biri "Sinovac"dan və ikisi isə "Sinopharm"dan.

Qeyd edək ki, Çində koronavirusun artması fonunda ölkənin üç yerində - Edzin Qi, Lanzhou və Heyhedə ciddi karantin tədbirləri tətbiq edilib.

loading...
Diaspora