Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Ukrayna məsələsi ilə bağlı görüş keçirən "Normand dördlüyünün" yeyib-içməyindən danışıb.
O deyib ki, danışıqlarda iştirak edən dövlət başçılarına yalnız Rusiya və Belarus ərzaqı yediriblər."Onlar qayğanaq, pendir, süd məhsulları yedilər, bir neçə vedrə qəhvə içdilər", - deyə Lukaşenko bildirib. O, qeyd edib ki, danışıqların iştirakçılarına yeməyi şəxsən özü daşıyıb.
"Normand dördlüyü" ölkələrinin liderləri (Vladimir Putin, Petro Poroşenko, Fransua Olland və Angela Merkel) arasında Ukraynda vəziyyətlə bağlı görüş fevralın 11-də axşam saatlarında Minskdə