Ukrayna ilk dəfə döyüşdə “Bayraktar”dan istifadə edib - VİDEO

Ukrayna ilk dəfə döyüşdə “Bayraktar”dan  istifadə edib - VİDEO backend

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə mətbuatının hərbçilərin Donbasda ilk dəfə Türkiyənin “Bayraktar” hücum pilotsuz təyyarəsindən istifadə etməsi ilə bağlı xəbəri təsdiqləyib.

Qaziler.az-ın UNİAN-a istinadən məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Oktyabrın 26-da Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-leytenant Valeri Zalujnının əmri ilə Birləşmiş Qüvvələr əməliyyat aparılan ərazidə - Donetsk vilayətinin Qranitnoe kəndində “Bayraktar” pilotsuz təyyarəsi kəşfiyyat - zərbə döyüş əməliyyatını həyata keçirib”, -deyə məlumatda bildirilib.

Diaspora