Kabildə minalanmış avtomobilin partladılması nəticəsində 15 nəfər ölüb, onlarla adam xəsarət alıb.
Kabildə minalanmış avtomobilin partladılması nəticəsində 15 nəfər ölüb, onlarla adam xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “TOLO News” telekanalının məlumatına əsasən, partlayış Əfqanıstan paytaxtının şərqindəki Şah Şəhid məhəlləsində törədilib. Hədəfin Müdafiə Nazirliyinin obyektlərindən birinin olduğu bildirilir.Telekanalın məlumatına görə, partlayış nəticəsində bir neçə tikili uçub. Uçqun altında hələ də insanların qaldığı ehtimal edilir.