Pentaqonun kompyuter sistemi Rusiyalı hakerlər qırdı

Pentaqonun kompyuter sistemi Rusiyalı hakerlər qırdı backend

Pentaqonun kompyuter sistemi Rusiyalı hakerlərin “mürəkkəb kiber hücumu”na məruz qalıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə NBC News telekanalı məlumat yayıb. Məlumata görə, iyulun 25-də törədilmiş kiber hücum barədə ABŞ hakimiyyətindən bildirilib.



Məlumata əsasən, hakerlər məxfiləşdirilməmiş elektron məktubların mübadiləsi sistemini qıraraq Pentaqonun 4 mindən çox əməkdaşının məlumat bazasına daxil olublar.

Bundan əvvəl rusiyalı hakerlərin Twitter-də yayılmış virus vasitəsilə Ağ Evin kompyuter şəbəkəsinə daxil olduğu barədə məlumat yayılıb.
Diaspora