Rusiyanın silahlı təcavüzünə cavab - Ukrayna raketlərini Moskvaya yönəltməklə hədələdi...

Rusiyanın silahlı təcavüzünə cavab -  Ukrayna raketlərini Moskvaya yönəltməklə hədələdi... backend

Ukraynanın Donbas üzrə üçtərəfli təmas qrupundakı nümayəndə heyətinin spikeriVladimir Zelenskinin müşaviri Aleksey Arestoviç bildirib kiRusiya o həddə çatdıracaq ki, Ukrayna raketləri Moskvaya yönələcək.

 

Moderator.az bu barədə LIGA.net-ə istinadla xəbər verir. Saytın məlumatına görə, Arestoviç əlavə edib ki, Ukrayna raket proqramı üzərində işləyir və onun operativ-taktiki səviyyəli raketləri Rusiya paytaxtına qədər çata bilər.

 

LIGA.net-in yazdığına görə, Arestoviç son vaxtlar Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı NATO raketləri təhlükəsi ilə bağlı səsləndirdiyi fikirlərə belə reaksiya verib.

 

“Mədəni şəkildə desək, Putinin siyasəti Ukrayna raketlərinin yaxın gələcəkdə Moskvaya yönəldiləcəyi ilə nəticələnəcək”, - deyə Ukrayna nümayəndə heyətinin spikeri söyləyib. O qeyd edib ki, Ukrayna raket proqramı üzərində işləyir və ölkənin taktiki səviyyəli raketləri Moskvaya qədər çata bilər.

 

“Biz yazıqlar, Rusiya raketlərinin çoxdan Kiyevə yönəldiyi sadə səbəbə görə Moskvaya raket yönəltməyək, nə edək?!”, - deyə  Arsetoviç bunu Rusiyanın siyasətinə paritet cavab adlandırıb.

 

O əlavə edib ki, Ukraynanın bu cür hərəkətləri Rusiyanın silahlı təcavüzünə cavabdır və Moskva müharibəyə başlamasaydı, Ukrayna raketləri heç bir vəchlə ona tərəf yönəlməzdi.

Diaspora