Liviya sahillərində qayığın çevrilməsinin ardından xilasedicilər Aralıq Dənizində yüzlərlə miqrantın axtarışına başlayıb. ANS PRESS-in məlumatına görə,İrlandiya dəniz qüvvələri əhəmiyyətli insan itkisinin olduğundan ehtiyatlandığını bildirib. Qayıqda təxminən 700 nəfərin olduğu güman edilir.
Çərşənbə günü baş vermiş hadisə miqrant dolu balıqçı gəmisinin çətin hava şəraitində dənzə çıxmasının ardından baş verib. Xilasetmə üçün hadisə yerinə dörd qayıq və üç helikopterin yola düşdüyü bildirilir. Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) sözçüsü bildirib ki, 100 miqrantı sudan xilas etmək mümkün olub.Təşkilatın rəsmi saytında 2015-ci ildə Aralıq Dənizini keçərək Avropaya gəlmək istəyən 2000-dən çox miqrantın öldüyü deyilir.