17 yaşlı ər 26 yaşlı arvadını smartfon və nahar yeməyi qiymətinə satıb

17 yaşlı  ər 26 yaşlı arvadını smartfon və nahar yeməyi qiymətinə satıb backend

Həyat yoldaşını 55 yaşlı kişiyə satan 17 yaşlı hindli arvadının onu atdığı haqda yalan məlumat verib. 

Qaziler.az bildirir ki, bu haqda Hindustan Times yazıb. 

Arvadını satmaqda təqsirli bilinən gənc həbs edilib.

Bu ilin iyul ayında evlənən cütlük avqustda öz ştatları olan Odişadan Racastana gediblər. Gənc ər orada kərpic zavodunda işləməyi nəzərdə tuturmuş. Bundan bir neçə gün sonra yeni evlənən gənc 26 yaşlı arvadını 55 yaşlı kişiyə 180 min rupiyə (təxminən 4000 manat) satıb. Yeniyetmə aldığı pula yeni smartfon alıb və nahar edib.

Kəndlərinə qayıdan zaman arvadını ailəsi qadının harada olduğunu soruşarkən gənc ər arvadının onu atdığını bildirib. Buna inanmayan qohumlar polisə müraciət edib. Nəticədə ər həbs edilib.

 

Diaspora