Emmanuel Makronun malikanəsi üzərində pilotsuz təyyarələr görünüb

Emmanuel Makronun malikanəsi üzərində pilotsuz təyyarələr görünüb backend

Fransa Prezidenti Emmanuel Makronun Versaldakı iqamətgahı olan Lantern malikanəsi üzərində səmada iki pilotsuz təyyarə görüntülənib.

“Report” xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti yazıb. Qeyd edilir ki, Makronun özü həmin vaxt iqamətgahda olub.

Qəzetin məlumatına görə, insident dünən yerli vaxtla saat 22:00-dan sonra baş verib. Pilotsuz təyyarələr qonşu Şene şəhəri istiqamətində itib. Jandarm təyyarənin kimə məxsus olduğunu müəyyən edə bilməyib.

loading...
Diaspora