Belarusiyanın Qrodno vilayətinin Mostı şəhərində azərbaycanlı biznesmen saxlanılıb. O yol polisi əməkdaşına rüşvət təklif etməkdə günahlandırılır. Belаrusiyada yaşayan 46 yaşlı Azərbaycan əsilli sahibkar bir il ərzində təkrarən sürət həddini aşdığına görə sürücülük vəsiqəsindən məhrum edilməliydi. Bundan boyun qaçırmaq üçün o regionun yol polisi rəisinə rüşvət təklif edib.
Belə ki, o yol polisi idarəsinə gələrək masanın üzərinə 200 ABŞ dolları qoyub və ona qarşı ciddi cəza tətbiq etməməyi xahiş edib."Polis əməkdaşı şəxsi rüşvət təklif olunmasına görə cinayət məsuliyyəti barədə xəbərdar etsə də o inadla xahişini təkrar edib. Bundan sonra polis rəisi kabinetə istintaq-əməliyyat qrupunu dəvət etməyə məcbur olub", - deyə daxili işlər idarəsindən bildiriblər.