Rusiyadan İrəvana pul köçürmələri 21,9% azalıb, xarici ticarət dövriyəsinin həcmi 491,2 milyon dollara düşüb. Son bir ayda Ermənistanda doğum sayı azalıb. Bu barədə ölkənin Milli Statstika Xidmətinin demoqrafik bölməsinin müdiri Karine Kuyumdjyan bildirib. ANS PRESS-in məlumatına görə, o, 2015-ci ilin 6 ayı ərzində hazırlanmış hesabatı jurnalistlərə təqdim edib və deyib ki, respublikada təbii artımın azalması qeydə alınıb. Doğum sayı çox düşüb. Bu ilin ilk yarısında ölkədə 18719 uşaq doğulub. 2014-cü ilin eyni dövründə 19249 uşaq dünyaya gəlib. Bu isə 2,8% azalma deməkdir. Ermənistan əhalisinin ümumi sayında da 2014-cü illə müqayisədə azalma var. Bu miqrasiyanın doğurduğu mənfi saldonun nəticəsidir. Rəsmi statistikaya görə, 2015-ci il iyulun 1-nə əhalinin sayı 3 milyon 5500 insan təşkil edir. Amma bu rəqəm 2014-cü ildə 3 milyon 9800 nəfər olub. Nəticədə əhali 4300 nəfər azalıb.
Bu il yanvar-iyun ayları ərzində Ermənistan və Rusiya arasında xarici ticarət dövriyəsinin həcmi 491,2 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% azalma deməkdir.
Ermənistanın Milli Statistika Xidmətinin məlumatına görə, Rusiya ilə xarici ticarət dövriyyəsinin həcmi ölkənin ümumi xarici ticarət dövriyəsinin 22,5%-ni təşkil edir. İrəvandan Rusiyaya yanvar-iyun ayları ərzində ixrac təqribən 70,8 milyon dollar olub. 2014-cü ildə isə bu rəqəm 133,8 milyon dollar təşkil edib. İdxal isə 15,1% düşərək 420,3 milyon dollara çatıb.
Hesabat dövrü üçün Ermənistanın MDB ölkələri ilə xarici ticarət dövriyəsi təqribən 582,8 milyon dollar (26,7%) olub ki, bu da 22,5% azalma deməkdir.
Avropa İttifaqı ölkələri ilə ticarət 582,2 milyon dollar təşkil edib (26,6%), bu, 24,5% düşmə deməkdir. başqa ölkələrlə 1 020,9 milyon dollar (46,7%) və 16,9% azalma deməkdir.
Bu ilin yanvar-iyun aylarında Ermənistanın xarici ticarət dövriyəsinin həcmi 2 milyon 186 min dollar olub və 2014-cü ilin eyni dövrü ilə müqayisədə 20,6% düşüb.
Hazırda Ermənistanın ümumi dövlət borcu 5,4% artaraq 4 680,2 milyon dollar təşkil edir. Bir ay ərzində ölkənin ümumi dövlət borcu 1% artıb. İlk yarımilliyin sonuna xarici borc 3 986,1 milyon dollar təşkil edib və bir ayda 0,99% artıb.
İndi Ermənistan hökumətinin xarici borcu təqribən 3.556,2 milyon dollara çatıb və 1,24% böyüyüb. Ölkənin daxili borcu isə 694,1 milyon dollar təşkil edir (1,6% artıb).
Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi də 37% azalıb. Bu ilin birinci rübündə pul köçürmələri sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında ötürmələrin həcmi 182 milyon dollar təşkil edib. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 37,4% azdır. Bu barədə Rusiya Mərkəzi Bankı xəbər yayıb.
Bildirilir ki, Rusiyadan bu ilin üç ayında Azərbaycana 126 milyon ABŞ dolları köçürülüb. 2014-cü ilin eyni dövrü ilə müqayisədə bu 49,6% az deməkdir. Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələri həcminin artması müşahidə olunur. Belə ki, Azərbaycandan bu ilin yanvar-martında Rusiyaya bütovlükdə 56 milyon ABŞ dollar köçürülüb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 15 milyon dollar (36,6%) azdır.
Bir sözlə, Azərbaycandan keçən ilin ilk rübündə Rusiyaya 41 milyon ABŞ dolları köçürülüb.