ABŞ hərbi bazasına hücum: PUA-lar, yoxsa MiQ-29 qırıcıları vurdu?

ABŞ hərbi bazasına hücum:  PUA-lar, yoxsa MiQ-29 qırıcıları vurdu? backend

ABŞ-ın və qərb koalisiyasının Suriyanın Ət-Tanf şəhərində yerləşən bazasına ötən gecə raket hücumları olub.

Qaziler.az virtualaz.org-a istinadən xəbər verir ki, Livanın “Al Mayadeen” kanalının şahidlərə istinadən yaydığı xəbərə görə, Suriya, İraq və İordaniyanın sərhədlərinin kəsişməsində yerləşən bazanın ərazisində bir neçə güclü partlayış müşahidə edilib. Hərbçilərin yaşadıqları binalar və kazarmaların hədəf alındığı bildirilir. Hərbçilər arasında itkilər və maddi ziyan barədə heçnə deyilmir, ABŞ hərbi komandanlığı hələlik hadisə ilə bağlı açıqlama verməyib. Bildirilir ki, zərbələr beş pilotsuz uçan təyyarələrdən endirilib.

Suriyanın “AlBadia 24” informasiya agentliyi isə bildirir ki, raket zərbələri dörd qırıcı təyyarədən endirilib. Əvvəlcə pilotsuz təyyarə hərbi bazanın yerləşdiyi rayonda kəşfiyyat aparıb, ardınca qırıcılar bazaya raket zərbələri endirib.

Bildirilir ki, raket zərbələrindən əvvəl hərbi bazanın yerləşdiyi rayonda bütün peyk və mobil rabitə əlaqəsi kəsilib. Bu da güclü radioelektron mübarizə sisteminin işə düşməsindən xəbər verir.

“Naməlum pilotsuz aparat zərbələrdən bilavasitə əvvəl beynəlxalq koalisiyanın nəzarətində olan zonadan 55 kilometr məsafədə yerləşən Ət-Tanf bazasının yaxınlığında görünüb, ardınca 4 döyüş təyyarəsi zərbələr endirib”, - məlumatda deyilir.

Lakin agentlik qırıcıların tipini və hansı ölkəyə malik olmasını dəqiqləşdirmir. Bəzi mənbələr ehtimal edir ki, söhbət Suriya Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcılarından gedə bilər.

Musavat.com

loading...
Diaspora