Şizofreniyadan əziyyət çəkən gənc insanların istirahətini qana buladı.
ABŞ-ın Tenesi ştatının Neşvil şəhəri kənarında kinoteatrların birinə silahlı hücum olub.ANS PRESS-in məlumatına görə, insident nəticəsində hücum edənin özü həyatını itirib. Belə ki, o polis tərəfindən güllələnib.
Hücum edən odlu silah və balta ilə silahlanmışdı və bundan əlavə bibər aerazolundan da istifadə edib. Cinayətkarın üstündə eləcə də iki çanta olub ki, polis araşdırması zamanı birinin içindən bomba maketi çıxıb. Hazırda polis ikinci çantanı nəzərdən keçirir
Yanğınsöndürmə xidmətinin nümayəndəsinin bildirdiyinə görə, insident nəticəsində bir nəfər yüngül xəsarət alıb. Daha üç nəfər bibər aerazolundan zədə alıb.
Hücum edənin şəxsiyyəti də müəyyənləşib. O 29 yaşlı Vinsent Montanodur. Hücumçunun anası bir neçə gün bundan qabaq oğlunun itməsi barədə polisə müraciət edib.
ABC US News | World News