Türkiyədə 29 min 629 kitabxana fəaliyyət göstərir

Türkiyədə 29 min 629 kitabxana fəaliyyət göstərir backend

Türkiyə Statistika İdarəsi (TÜİK) ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən kitabxanalarla bağlı statistik məlumatlarını paylaşıb.



AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, 2014-cü il statistikasına görə ölkə daxilində 1 milli 1121 xalq, 559 universitet və 27 min 948 özəl məktəb və özəl kurs kitabxanalar mövcuddur. Ümumilikdə 29 min 629 kitabxana fəaliyyət göstərir. Kitabların sayına gəldikdə, qurum açıqlama verərək bildirib ki, milli kitabxanada 1 milyon 629 min 496, xalq kitabxanalarında 17 milyon 111 min 825, universitet kitabxanalarında ümumilikdə 14 milyon 365 min 326 kitab vardır. Milli kitabxanaya üzv olan oxucuların sayı 28 min 358, xalq kitabxanalarında 1 milyon 209 min 766, universitet kitabxanalarında isə 3 milyon 870 min 112 nəfər təşkil edir.

İdarə tərəfindən rəsmi məktəblər, özəl məktəblər və özəl kurs kitabxana istifadəçilərinin sayının isə 27 milyon 861 min 210 nəfər olduğu açıqlanıb.
Diaspora