ABŞ-da 3D çap texnologiyası ilə hazırlanmış dərman preparatlarının istehsalına icazə verilib

ABŞ-da 3D çap texnologiyası ilə hazırlanmış dərman preparatlarının istehsalına icazə verilib backend

ABŞ-ın qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət idarəsi tarixdə ilk dəfə 3D-printerin köməyi ilə hazırlanmış dərman preparatlarının istehsalına icazə verib.



AZƏRTAC gazeta.ru saytına istinadla xəbər verir ki, üçölçülü printerdə çap olunmuş yeni “Spritam” adlı dərman preparatı epileptik qıcolmalara nəzarət etmək üçün nəzərdə tutulub. Ekspertlərin fikrincə, bu preparat ənənəvi dərman vasitələrindən daha təsirli ola bilər, çünki 3D-çap dozanın fərdi şəkildə seçilməsinə və aktiv elementlərin uyğunluğunun təmin olunmasına imkan verir.

Dərman qat-qat çap edilir ki, bu da onun ölçüsünün kiçilməsinə və orqanizmdə həllolma sürətinin yüksəlməsinə gətirib çıxarır.

Alimlər yaxın gələcəkdə yeni texnologiya sayəsində fərdi dərman preparatlarının hazırlanmasının mümkün olacağını bildiriblər.
Diaspora