-Əgər İranla razılaşdırılmış nüvə proqramı məsələsinə Amerika konqresi müsbət yanaşmasa, bu Yaxın Şərqdə yeni müharibənin başlamasına gətirib çıxaracaq-. APA TV-nin -Rossiya 24- telekanalına istinadən verdiyi məlumata görə, bu fikirləri ABŞ prezidenti Barak Obama bildirib-
Obama Vaşinqton Universitetində çıxışı zamanı Tehranla münasibətlərin yaxşılaşdırılmasının vacibliyini qeyd edib.
Onun sözlərinə görə, bu anlaşma İran zavodlarında nüvə silahı istehsal edilməsinin qarşısını tamamilə alır. Bundan əlavə sənəd həmin müəssisələrdə mütəmadi olaraq yoxlamaların keçirilməsinə də şərait yaradır.
Konqresdə isə hazırda beynəlxalq sazişin müzakirələri aparılır. Son nəticəni açıqlamaq üçün konqresmenlərin qarşıda 60 günü var.
"Konqresin sözü gedən məsələyə etirazı Yaxın Şərqdə yeni müharibənin başlanmasına səbəb olacaq. Bu isə bizim bölgəyə hərbi müdaxiləmizi effektsiz edəcək. Çünki biz əldə etdiyimiz razılaşmaya əməl etdiyimizi Tehrana göstərməliyik. İran da öz növbəsində nüvə proqramının zənginləşdirilməsinə son verməlidir" deyə Ağ Ev sahibi əlavə edib.