Məşhur erməni falçı qətlə yetirildi - GÖRÜNTÜ

Məşhur erməni falçı qətlə yetirildi - GÖRÜNTÜ backend

İrəvanda ekstrasens Ani Macnumyan öldürülüb. APA TV-nin “news.am”a istinadən verdiyi məlumata görə, şəhər Polis Şöbəsinin mətbuat xidmətindən bildiriblər ki, qadının meyiti yaşadığı mənzildə aşkar edilib.

Qətlə yetirilən şəxsin “Altıncı hiss” verilişinin iştirakçısı, 53 yaşlı Ani Macnumyan olduğu müəyyənləşib. Onun üzərində çoxsaylı bıçaq zərbələri aşkarlanıb.

Ani Macnumyan tək yaşayıb. Qonşuları onun mənzilindən heç bir şübhəli səslər eşitmədiklərini bildiriblər.

Faktla bağlı cinayət işi açılıb.


Diaspora