"ABŞ-la Türkiyənin geniş əlaqələri var".
Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Milliyet” qəzetinə müsahibəsində bildirib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Cozef Baydenlə “G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək Zirvə toplantısı çərçivəsində baş tutacaq görüşündə hansı məsələlərin müzakirə olunacağını da açıqlayıb:
“ABŞ-la siyasi, iqtisadi, energetika, təhlükəsizlik, terrora qarşı mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şəqri Aralıq dənizi və başqa bölgələr, qlobal məsələlərlə bağlı əlaqələrimiz var. Liderlər gündəliyin əsas məsələləri olaraq bunları müzakirə edəcəklər”.
Onun sözlərinə görə, Ankara Vaşinqtonla ticarətin artırılması məsələsinə böyük əhəmiyyət verir: "Ağ Evdəki görüşlərimdə bu mövzunu xüsusilə vurğuladım. 21 milyard dollarlıq ticarət həcmi Türkiyə-Amerika əlaqələrinə uyğun gəlmir". (azvision.az)