Türkiyədə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq səmaya 100 isti hava balonu buraxılıb.
Anadolu Agentliyinin məlumatına görə, Kapadokya Turizm Mərkəzi tərəfindən ölkənin Görəmə bölgəsində havaya buraxılan balonlardan birinə “Terroru lənətləyirik, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirik” şüarı asılıb.
Keçirilən tədbir barədə məlumat verilib ki, məqsəd son günlər terrorçu Kürd Fəhlə Partiyasının (PKK) Türkiyədəki terror aktlarına etiraz bildirmək, terror qurbanlarının xatirəsinə ehtiram ifadə etməkdir.