Rusiyada qəlyan çəkilməsi qadağan edilə bilər

Rusiyada qəlyan çəkilməsi qadağan edilə bilər backend

Rusiya Dövlət Dumasına ictimai yerlərdə qəlyan çəkilməsini, o cümlədən qeyri-tütün qarışığından istifadə edilməklə çəkilməsini tam qadağan edən qanun layihəsi daxil olub.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, layihənin təşəbbüskarı Federasiya Şurasının Parlament fəaliyyətinin reqlamenti və təşkili komitəsinin sədri Vadim Tulpanovdur.

Onun sözlərinə əsasən, ictimai yerlərdə tütün məmulatlarından istifadə etməklə qəlyan çəkilməsinin qadağan olunması qüvvəyə mindikdən sonra kafelər, restoranlar və digər əyləncə məkanları qeyri-tütün, meyvə qarışıqlı qəlyanlar təqdim etməyə başladılar. Buna görə də V.Tulpanov bütün növ qəlyanların çəkilməsinin qadağan edilməsinin zəruriliyini vurğulayıb.
Diaspora