Türkiyədə növbədənkənar parlament seçkiləri gözlənilir

Türkiyədə növbədənkənar parlament seçkiləri gözlənilir backend

Ortaq hökumət qurulması problemi Türkiyə Böyük Millət Məclisinə (TBMM) növbədənkənar seçkilərin keçirilməsi məsələsini siyasi gündəmə gətirib.


Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyası (CHP) arasında bir aya yaxın davam edən danışıqların nəticəsiz qalması deməyə əsas verir ki, ortaq hökumətin qurulması məsələsində tərəflər arasında ciddi fikir ayrılığı mövcuddur.

Proseslər göstərir ki, yeni parlamentdə 80 mandatla təmsil olunan Xalqların Demokratik Partiyası (HDP) ilə terrorçu Kürd Fəhlə Partiyası (PKK) arasındakı müttəfiqlik ortaq hökumətin qurulmasına ən böyük maneədir. Son günlər PKK tərəfindən Türkiyədə törədilən çoxsaylı terror aktlarının HDP tərəfindən pislənməməsi ölkənin siyasi dairələri, o cümlədən geniş ictimaiyyət tərəfindən bu partiyanı ciddi qınaq obyektinə çevirib.

TBMM-də təmsil olunan bütün partiyalar artıq növbədənkənar parlament seçkilərinin qaçılmaz olduğunu ifadə etməkdədirlər. Seçkilərin cari ilin noyabrına təyin olunması gözlənilir.

Diaspora