İŞİD-ə qarşı əməliyyatlar keçirilir - Taliban

İŞİD-ə qarşı əməliyyatlar keçirilir -  Taliban backend

Taliban döyüşçüləri Əfqanıstanın bir neçə bölgəsində İŞİD-ə qarşı əməliyyatlar keçirir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Taliban sözçüsü Bilal Kərimi çıxış edib.

Kərimi əməliyyatların Kabil, Kunar, Nangarhar və Pərvan bölgələrində keçirildiyini söyləyib.

İŞİD yaraqlılarının son vaxtlar bu bölgələrdə çox aktiv olduğunu və Talibana qarşı hücumlar təşkil etdiyini deyən Kərimi ölkədəki üsyana son qoyacaqlarına ümid etdiklərini vurğulayıb.

loading...
Aydinyol.az