İraqın paytaxtı Bağdadda iki minalanmış avtomobilin partladılması nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb. APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, paytaxtın Sədr-Siti bölgəsində törədilən partlayışda 6 nəfər ölüb, 12 nəfər yaralanıb.
Digər terror aktı Bağdadın əl-Hüseyniyyə qeydə alınıb. Burada baş verən partlayış 4 nəfərin həyatına son qoyub, 11 nəfər yaralanıb.Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.