Pakistanda güclü zəlzələ: Onlarla insan həlak olub, yüzlərlə şəxs yaralanıb – FOTO - VİDEO

Pakistanda güclü zəlzələ: Onlarla insan həlak olub, yüzlərlə şəxs yaralanıb  – FOTO - VİDEO backend

Pakistanın Bəlucistan əyalətində baş verən güclü zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb, 200 -dən çox adam yaralanıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin direktoru Nəsir Nəsir bildirib.

Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib və Kvetta şəhərindən təxminən 100 km məsafədə olub. Hökumət binaları da daxil olmaqla 100-dən çox ev uçub, bir çoxuna ziyan dəyib.

Yeraltı təkanların episentri Harnay şəhərindən 14 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 20.8 kilometr dərinlikdə olub.

Təbii fəlakət qurbanlarının sayının çox olacağı istisna edilmir. Dağıntılar altında hələ də insanlar qalıb.

Diaspora