Amerika Birləşmiş Ştatlarında növbəti silahlı insident baş verib.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Tennesi ştatının Neşvill şəhərində naməlum silahlı şəxs kinoteatrda atəş açıb.
Cavab atəşi ilə cinayətkarın məhv edildiyi bildirilir. İlkin məlumatlara əsasən, insident zamanı 1 nəfər xəsarət alıb.
Qeyd edək ki, iyulun 24-də ABŞ-ın Luiziana ştatında baş vermiş silahlı insident zamanı 2 nəfər ölmüş, 4 nəfər yaralanmışdı. Ətrafdakılara atəş açan şəxs daha sonra intihar etmişdi.