Ekstremal müdaxilə: “Facebook”un serverinə girişi “laqonda” ilə açıblar - FOTO

Ekstremal müdaxilə: “Facebook”un serverinə girişi “laqonda” ilə açıblar -  FOTO backend

“Facebook” mühəndisləri yaranan qlobal nasazlıqdan sonra serverlərə çatmaq və mexaniki rejimdə yenidən işə salmaq üçün “laqonda”dan (ovuc daşlayıcı) istifadə etməli olublar.

Bu barədə “New York Times” qəzetinin texniki mövzular üzrə mütəxəssisi, jurnalisti Mayk Ayzek şirkətdəki üç mənbəyə istinadən xəbər verib.

Onun sözlərinə görə, “Facebook” şəbəkəsində yaranan problem daxili buraxılış sisteminə də təsir etdiyi üçün giriş kartları yararsız hala düşüb. Bu səbəbdən bəzi işçilər iş yerlərinə girə bilməyiblər. İşin bərpası üçün Kaliforniyadakı bəzi serverlərin fəaliyyəti mexaniki işə salınmalı idi, ancaq bu dəfə də elektron kilidlər buna mane olub. Sonda mühəndislər giriş üçün “laqonda” istifadə etməli olublar.

Xatırladaq ki, “Facebook”, “Instagram”, “WhatsApp” və şirkətə məxsus bir sıra digər tətbiqlər bazar ertəsi günü təxminən yeddi saat ərzində istifadəçilər üçün əlçatmaz olub.

loading...
Aydinyol.az