ABŞ Kaliforniya əyalətinin Fresno şəhərində 1915-ci il hadisələrinin 100-cü ildönümü münasibəti ilə qondarma “soyqırımı” abidəsi tikilir.
Qondarma “soyqırımı” abidəsinin 24 aprel tarixinə qədər çatdırılması üçün ermənilər var gücləri ilə çalışırlar.Ermənilərin kompakt yaşadığı Fresno şəhərində 24 apreldə Türkiyəni və türk tarixini hədəfə götürmüş qondarma erməni “soyqırımı” iddialarının təbliğ ediləcəyi konfrans və film nümayişi də nəzərdə tutulur.