Türkiyə qorxusu ilə bu ölkələr birləşir

Türkiyə qorxusu ilə bu ölkələr birləşir backend

Fransa və Yunanıstan yeni ittifaq yarada bilmək ümidi ilə hərbi müdafiə sahəsində yaxınlaşır.

Axar.az xəbər verir ki, bu barədə İngiltərənin “Ekonomist” nəşri yazıb.

“Bu addımın səbəbi Türkiyə qorxusudur. Yunanıstanın regionla bağlı narahatlığı bütün Avropaya yayılıb. Eyni zamanda, Türkiyənin regional gücə çevrilməsi Avropanı da narahat edir. Yeni əməkdaşlıqların əldə edilməsi də Türkiyəyə olan qorxudan irəli gəlir. Sentyabrın 28-də Yunanıstan Baş naziri Kiryakos Miçotakis Fransa Prezidenti Emmanuel Makronla görüşdə “Tarix bizim birlikdə olmağımızı istəyir. Həmçinin coğrafiyada” ifadəsini işlətdi. Bununla da Aralıq dənizinin şərq hissəsində yaranmış problemlərdən narahat olan hər iki ölkə strateji hərbi müdafiə paktı imzaladı”, - nəşr yazır.

loading...
Aydinyol.az