Zərrabın 5 milyonluq şirkəti xarabalığa çevrildi - FOTO

Zərrabın 5 milyonluq şirkəti xarabalığa çevrildi -  FOTO backend

Məşhur müğənni Əbru Gündəşin keçmiş həyat yoldaşı azərbaycanlı iş adamı Rza Zərrabın Türkiyədə yerləşən “Royal holding” şirkətinin binası sahibsiz qaldığından insanlar tərəfindən talan edilib.

Axar.az xəbər verir ki, geniş və hündür binada bahalı əşyalar oğurlanıb.

Binanın ətrafında yaşayan sakinlər mövcud vəziyyətlə bağlı narahatlıq keçirirlər. Onlar “Qorxumuzdan binanın yanından belə keçə bilmirik” deyə etiraz edirlər.

Sahibsiz bina əvvəllər evsiz insanların sığınacağı olub. Oğurluq hadisələri kütləvi hal aldığından artıq orada heç kim qala bilmir.

Qeyd edək ki, 2010-cu ildə Rza tərəfindən yaradılan şirkətə 5 milyon lirə (təxminən 956 min AZN) investisiya qoyulub. Şirkətin tək hissədarı Zərrab özüdür. 2017-ci ildə iş adamı tutulduqdan sonra onun bütün varidatı, o cümlədən "Royal holding" də əlindən alınıb.

Diaspora