Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ali Hərbi Şuranın ordu generalı Hulusi Akarın Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi olması haqqında verdiyi qərarı təsdiqləyib.
APA-nın xəbərinə görə, bu barədə məlumat Türkiyə prezidentinin saytında yerləşdirilib.Bundan başqa, Salih Zeki Çolak Quru Qoşunları Komandanı, Abidin Ünal Hava Hücumdan Müdafiə Qoşunları Komandanı, Qalip Mendi Jandarma Baş Komandanı təyin olunub, Dəniz Qoşunları Komandanı Bülənt Bostanoğlunun səlahiyyət müddətləri isə artırılıb.
Prezident Administrasiyası avqustun 30-dan etibarən vəzifələrindən ayrılacaq Türkiyə Silahlı Qüvvələri rəsmilərinə, xüsusilə Necdət Özələ millət adından təşəkkür edib.