Saakaşvili həbsxanada aclıq elan edib

Saakaşvili həbsxanada aclıq elan edib backend

Ötən gün saxlanılan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili aclıq aksiyasına başlayıb.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın ombudsmanı Nino Lomjariya keçmiş prezidentlə görüşdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, keçmiş prezident Ukrayna konsulu ilə görüş tələb edir.

"Mən həbsxanaya daxil olanda o, tibbi müayinədən keçirdi. Sonra bizə kamerada danışmaq imkanı verildi. Mixeil Saakaşvili aclıq elan etdiyini dedi", - Lomjariya bildirib.

loading...
Aydinyol.az