Gürcüstanın Baş naziri: "Saakaşvili saxlanılıb"

Gürcüstanın Baş naziri:  "Saakaşvili saxlanılıb" backend

"Mixeil Saakaşvili saxlanılıb".

“Report” xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Qaribaşvili xüsusi birifinqdə deyib.

Onun sözlərinə görə, Gürcüstanın hüquq-mühafizə orqanları sabiq prezidentin hərəkəti barədə öncədən məlumatlı olub və bu proses tam nəzarət altında saxlanılıb.

İ.Qaribaşvili qeyd edib ki, M.Saakaşvili penitensiar müəssisəyə yerləşdirilib.